Vesyolovskinin ideyasını «Qruzinform» informasiya agentliyinin baş redaktoru Arno Xidirbeqişvili də dəstəkləyib
Rusiya KİV-ləri xəbər verir ki, krımlı ictimai xadim və «Əslində» proqramının aparıcısı Sergey Vesyolovski sovet rəhbəri İosif Stalinin abidəsinin doğma vətəni Qori şəhərindən yarımadaya gətirilməsi təşəbbüsü ilə çıxış edib. Abidə Mixail Saakaşvilinin prezident olduğu dövrdə – 2010-cu ildə sökülüb.
Vesyolovskinin ideyasını «Qruzinform» informasiya agentliyinin baş redaktoru Arno Xidirbeqişvili də dəstəkləyib. Bu barədə o, hakimiyyət dairələrinə açıq məktub göndərib. Məktubda xahiş olunur ki, Gürcüstan hökuməti abidənin Rusiya tərəfinə satılmasını və ya bağışlanmasını rəsmi sənədləşdirsin – o cümlədən, gömrük sənədləşdirməsini və Rusiya Federasiyasına daşınmasını təşkil etsin.
«Ümidlə, Gürcüstan hakimiyyətindən müsbət cavab gözləyirik- məhz bundan sonra abidənin daşınma xərclərini biləcəyik və könüllü ianələrin toplanmasını elan edəcəyik» – deyə, Vesyolovski məsələni şərh edib. (azpolitiko.info)
MilliYol.az