ABŞ prezidenti öz müttəfiqlərinə 25 fazilik vergi tətbiq edəcək
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) gələn avtomobillərə əlavə 25 faiz gömrük vergisi tətbiq edəcəyini deyib.
Publika.az xəbər verir ki, Qərbi Virciniyada keçirilən seçki kampaniyasında iştirak edən ABŞ prezidenti Donald Tramp çıxışı zamanı "Aİ-dən ABŞ-a idxal ediləcək bütün avtomobillərə 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyini deyib.
Trampın açıqlamaları geniş müzakirələrə səbəb olub. ABŞ-ın Ticarət Naziri Vilbur Rossun avtomobillərə qoyulan vergilərə dair hesabatın təxirə salındığına dair iddialarının ardından gələn açıqlamalar aləmi bir-birinə qatıb. Bununla yanaşı "The Wall Street Journal"da dərc edilən xəbərə görə, Ross hesabatın Avropa Komissiyası, Meksika və Kanada ilə davam edən danışıqlar səbəbindən təxirə salındığını və hazır versiyanın nəşr olunması üçün hələ dəqiq tarixin müəyyən edilmədiyini diqqətə çatdırılıb.
MilliYol.az