UNEC nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst – CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib (CFA İnstiute University Affiliation Program)
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisasının CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CFA Program Candidate Body of Knowledge (CBOK)) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının (Code of Ethics and Standards of Practice) tələblərinə cavab verdiyi və ISE-nin tədris proqramının tələbələrin maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış serifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib.
UNEC CFA İnstitutun tərəfdaşı kimi öz tələbələri üçün hər il CFA proqramı təqaüdlərini də əldə edəcək.
Qeyd edək ki, UNEC CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir. Universitetlərin siyahısı:https://www.cfainstitute.org/en/about/universities/university-affiliation#first=10
CFA Proqramı haqqında:
CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilib. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən beş namizəddən ən çox biri proqramı müvəffəqiyyətlə tamamlayaraq investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən nüfuzlu CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur. www.cfainstitute.org
MilliYol.Az