Fransanın "Total" neft şirkəti rəsmi olaraq İran bazarını tərk edib
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zəngane məlumat verib.
"Total" "Cənub Pars" yatağının işlənməsi ilə bağlı sazişdən rəsmən çıxıb", - nazir bildirib.
B.N.Zəngane deyib ki, hazırda İran "Total"ı əvəzləyəcək şirkət axtarır.
Qeyd edək ki, "Total" mayda ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşməmək üçün ölkə bazarını noyabrın 4-nə qədər tərk edəcəyini açıqlamışdı. Bəzi məlumatlara görə, Çin Dövlət Neft Şirkəti (CNPC) "Total"ın "Cənub Pars"dakı aktivlərini almaq istədiyini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...