2018-ci il martın 1-də Yerevandakı hadisələr üzrə iş çərçivəsində Ermənsitanın sabiq prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb
Trend xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Təfərrüatlar barədə məlumat verilmir.
Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.
MilliYol.Az
Digər xəbərlər
loading...