Azərbaycanın ən böyük iqtisadi tərəfdaşları olan Türkiyənin, Rusiyanın və İranın milli valyutalarının devalvasiyası hələlik ölkəmizin bu dövlətlərlə ticarət-iqtisadi münasibətlərinin səviyyəsinə təsir etməyib
Bunu virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
"Türkiyə ilə bizim əmtəə dövriyyəmiz 2 milyard dollardan çox təşkil edir, təxminən bip qədər də Rusiya Federasiyası və 300 milyon dollar da İran İslam Respublikası ilə. Düşünürəm ki, əgər ABŞ Ankaraya qarşı sanksiyaları sərtləşdirməsə, Türkiyə ilə ticarət münasibətləri ilin sonuna kimi sabit qalacaq", -deyə iqtisadçı bildirib.
V.Əhmədov güman edir ki, lirənin devalvasiyası iqtisadi yox, siyasi səbəblərə malik olduğundan, baxmayaraq ki, ABŞ heç də sadə olmayan iddialar irəli sürür, yenə ümid var ki, qardaş ölkədə maliyyə durumu düzələcək.
"Mənim bildiyim qədəri, türk banklarının vəziyyəti o qədər də qorxulu deyil. Bütovlükdə ticarət mənasında lirənin, rublun və rialın devalvasiyası bizim biznesmenlərimiz üçün hətta əlverişlidir, çünki onlar bu ölkələrdən daha çox mal idxal edə bilərlər. Ən pis vəziyyət İran rialı ilə bağlıdır və ehtimal ki, Tehrana qarşı sanksiyalar daha da sərtləşdiriləcək", - deyə deputat vurğulayıb.
“Azərbaycan türk neft-kimya sahəsinə və İran nəqliyyat infrastrukturuna investisiyaları olduqca savadlı şəkildə qoyub. Ona görə də Türkiyənin və İran İslam Respublikasının milli valyutaları ilə bağlı istənilən ssenari vaxtı bizim investisiyalarımız gəlirli olaraq qalacaq və qayıdacaq. Azərbaycan manatının sabitliyi də, həmçinin, Azərbaycan hökumətinin yoxlanmış və effektiv maliyyə siyasətinin nəticəsidir”, -deyə V.Əhmədov əminliklə qeyd edib.
Azərbaycan iqtisadçı-analitikində yalnız bir kiçik qorxu var ki, bizim sahibkarlarımız böhran yaşanan ölkələrə daha çox Azərbaycan valyutası çıxara bilərlər. Ancaq V.Əhmədov qeyd edib ki, müvafiq qurumlar artıq bu məsələ ilə məşğul olurlar və görülən tədbirlər güman etməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu planda da etibarlı qorunacaq.