Ukraynada Kiyev vilayətinin polisləri “Dato Ağcabədili” ləqəbli “qanuni oğrunu” saxlayıblar
Bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin məlumat verib.
Onun sözlərinə görə, dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü “Dato Ağcabədili” ləqəbli Məmmədov Cavid İltizam oğlu saxlanılıb:
“Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç il gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”.
O əlavə edib ki, Ukraynada digər “qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.(Oxu.Az)
Digər xəbərlər
loading...