“Aktau konvensiyasına dair şəffaflıq yoxdur”
Məhəmməd Əli Vəkili “Ebtekar” qəzeti (İran)
Ötən həftə beş sahilyanı dövlətinin sənədi imzalanması ilə, Xəzər dənizinin hüquqi rejimi haqqında Konvensiya qüvvəyə minib.
Müqavilə İranda çoxsaylı mübahisələr yaradıb və “İranın 50 faizlik hüququ” ilə “Vətən torpağının satılması” iddiası bir çox milli həssaslıqları dirildib!
Konvensiyanın tənqidçiləri çar Rusiyasının dağılmasından ta Sovet İttifaqının süqutuna qədərki müddətdə mövcud olmuş müqavilələrdən “50 faizlik hüquq” icad ediblər.
İndi bəzi ekspertlərin və səlahiyyətlilərin izahatları ilə bu məsələ demək olar ki, iltihab doğurub. Bu məsələ ilə əlaqədar bir neçə məqamı vurğulayaq:
1.Xəzər dənizinə dair Konvensiyada İranın dənizdəki payı hələ müəyyənləşdirilməyib və o yalnız Rusiya və Rusiyanın qonşularının töhfəsi əsnasında bu Konvensiyaya uyğun şəkildə təyin edilməlidir.
Əlbəttə, iyirmi ildən artıqdır ki, payımızı müəyyənləşdirə bilməməyimiz tənqid olunası məsələdir.
2. Azad sulara çıxış üçün Rusiyanın Volqa-Don kanalından istifadə etmək hüququ, ekosistemin mühafizəsi, əcnəbi hərbi varlığın qadağan olunması ilə, Konvensiyada İranın bəzi maraqları nəzərə alınıb.
3. Amma “50 faiz hüququ” ciddi qeyri-müəyyənlikdir. Bu, yalnız coğrafi olaraq qeyri-məqbul deyil, həm də imzalanmış müqavilələrin hüquqi ifadələri bu “haqqı” heç bir şəkildə təmin edə bilməzdi.
Beləliklə, İran hətta Sovet İttifaqı dövründə heç vaxt belə bir iddianı irəli sürməyib.
4. Sovet İttifaqının dağılmasından sonra İranın iddiası 20 faiz olub və indiyədək o, digər ölkələrin öz payından istifadəsinə icazə verməyib. Doğrudur, əvvəllər dənizin beş ölkə arasında ortaq bir müəssisə olduğu qənaəti mövcud idi, bu məsələ beş ölkə arasında müzakirə olunmalı və razılaşdırılmalıydı, ancaq Konvensiyanı imzalamaqla, İran qonşu ölkələrlə razılaşma yolu ilə 20 faizlik payını müdafiə etmə taktikası yeritməlidir.
Buna görə də, İran indiyədək öz səhm hüquqlarına malik deyil və Konvensiyanın imzalanması heç də bu mənanı vermir.
5. Bu hüquqi məqamlarla yanaşı, şəffaflığı olmayan bu müqavilənin əhəmiyyətli tənqidi mövcuddur. Möhtərəm hökumətin millət vəkillərini bu cür səfərlərə dəvət etməməsi aydın deyil, axı parlament üzvləri müqavilədən niyə qafil qalmalıdır?
Diqqətsizlik həmişə şübhə doğurur. Xüsusilə etibar böhranı yaşadığımız günlərdə.
6. Ölkənin bir çoxu böhranları bu şəkildə yaranıb. Şəffaflıq dövründə onlar (Ruhani administrasiyası – tərc.) cəmiyyətin və ictimai fikrin hesabatlılıq tələbinə əməl və bu anlayışlara hörmət etmirlər. Yeni şəffaflıq dövrü isə cəmiyyətdə “hesabatlılıq” elementini təşviq edir; hesabatlılıq konsepsiyasının yaratdığı bu yeni və güclü zehniyyət milli mənafeyin əks olunduğu müqavilələrin milli müşahidəçilərin (məsələn, millət vəkillərinin) gözü qarşısında imzalanmamasını qəbul etmir.
Bu yeni sosial dəyişikliklərdən, anlayışlardan bixəbərliyin nə zamana qədər davam edəcəyi aydın deyil. Axı nə vaxtacan bu cür anlayışları həzm etməyəcəyik?!
Tərcümə: Strateq.az
MilliYol.az