Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonunun Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,3 milyon (on bir milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...