Türkiyənin Manisa bölgəsində prokuror Kazım Özsoy ilə müəllimə Berna Üstün toylarında sürpriz yaşayıblar. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bölgənin polis rəisi Fevzi Bilgiç toyları günü cütlüyün qoluna qandal keçirib.
Toyda hakim partiyanın millət vəkilləri Murat Baybatur, Selçuk Özdağ, Hüseyin Tanrıverdi, Manisanın baş prokuroru Akif Celalettin Şimşek evlənənlərə şahidlik ediblər.
Evlənənlər hələ rəsmi imza atmadan polis rəisi onları qandallayıb və bir ömür birlikdə xöşbəxtlik arzulayıb, açarı da gəlinə verib. Cütlük rəsmi nikaha girmələri ilə bağlı sənədə əli qandallı imza atıblar. Və qandallar yalnız ilk rəqslərinə başlayan zaman polislər tərəfindən açılıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...