"Kaspersky Lab" şirkətinin ekspertləri sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb
Musavat.com Report-a istinadən xəbər verir ki, şirkətinin analitiklərinin müşahidələrinə əsasən, fırıldaqçılar öz kontentlərinin daha geniş yayılması üçün tez-tez "WhatsApp" tətbiqindən istifadə edirlər.
Bu cür ismarıclar, əsasən, mövcud olmayan uduşlar və digər sərfəli təklifləri özundə əks etdirir.
Öz növbəsində "Twitter" sosial şəbəkəsində başqa bir fırıldaqçılıq sxemindən istifadə olunur. Burada cinayətkarlar məşhur şəxslərin və şirkətlərin adından saxta hesablar yaradır və ödənişsiz kriptopulların paylandığını idddia edirlər. Bu cür "mükafat"ı əldə etmək üçün isə ismarıcda göstərilən kripto pulqabına müəyyən miqdarda kriptovalyuta köçürmək lazımdır, bunun qarşılığında isə həmin məbləğin bir neçə misli vəd edilir.
"3 hesabat ayı ərzində bizim antifişinq sistemimiz 107 milyondan çox fişinq səhifələrinə keçid cəhdinin qarşısını alıb ki, bu da ötən rüblə müqayisədə 17 milyon dəfə daha çoxdur. Bu cür artım, əsasən, ondan xəbər verir ki, istifadəçilərin böyük bir qismi fişinq təhlükəsini düzgün qiymətləndirmir ,diqqətsizlik ucbatından və ya məlumat azlığından fırıldaqçıları müəyyən edə bilmirlər", - deyə "Kaspersky Lab" şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...