İranın Əbu Həsən kəndində təhlükəsizlik qüvvələri ilə silahlı bir qrup arasında çıxan qarşıdurmada 4 İran əsgəri yaralanıb
Bu haqda İranın Kürdüstan əyaləti valisinin müavini Hüseyn Hoşiqbal rəsmi İRNA agentliyinə açıqlamasında bildirib.
Vali müavininin dediyinə görə, İran-İraq sərhədində yerləşən Əbu Həsən kəndi yaxınlığında təhlükəsizlik qüvvələri ilə kimliyi hələ müəyyən olunmayan silahlı bir qrup arasında qarşıdurma baş verib.
Hoşiqbal qarşıdurmada yaralanan 4 İran əsgərinin xəstəxanaya çatdırıldığını, silahlı qruplaşa üzvlərini isə qaçdığını deyib.
"Hadisənin təfərrüatları araşdırılır. Hələlik hücumu heç bir qruplaşma öz üzərinə götürməyib" - Hoşiqbal belə deyib. (avropa.info)
Digər xəbərlər
loading...