ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brenanın ölkənin məxfi informasiyalara çıxış icazəsini ləğv edib
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Trampın yazılı açıqlamasını Ağ Evin sözçüsü Sara Sanders yayıb.
Açıqlamada Tramp qeyd edir ki, ölkənin mühüm informasiyalarını qorumaq üçün bu informasiyaya çıxışa nəzarət etmək də daxil olmaqla prezidentin fövqəladə konstitusiya məsuliyyətm var: “Bu gün məsuliyyətimin bir hissəsini yerinə yetirərək MKİ-nin sabiq direktoru Con Brenanın məxfi informasiyalara çıxış icazəsini ləğv edirəm”.
Prezident əlavə edib ki, Brenanın yalanları və son əsəbi açıqlamaları onun ölkənin ən məxfi sirlərinə çıxışına qadağanı zəruri edir.
Donald Tramp həmçinin Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Kommi, Milli Kəşfiyyat Xidmətinin sabiq rəhbəri Mixail Hayed, Ağ Evin milli təhlükəsizlik sözçüsü Susa Rice, FTB direktorunun sabiq köməkçisi Andrey Mccabe, sabiq baş prokuror Sally Yates, sabiq FTB əməkdaşları Liza Paqe və Petr Ztrzok, hazırda Ədliyyə Nazirliyində işləyən Bruce Ohrın da məxfi informasiyaya çıxışını qadağan etmək niyyətində olduğunu ifadə edib.
Sabiq MKİ direktoru Con Brennan isə bildirib ki, Trampın davranışları ifadə azadlığına zidd olmaqla bərabər, prezidenti tənqid edənlərin cəzalandırma tədbirlərinin bir hissəsidir:
“Bu hadisə kəşfiyyat peşəkarları daxil olmaqla bütövlükdə amerikalıları narahat etməlidir. Mənim prinsiplərim bu tip icazələrdən daha üstündür”.
Qeyd edək ki, Ağ Ev sözçüsü Sara Sanders iyul ayında bildirmişdi ki, Barak Obama zamanı təhlükəsizlik araşdırmalarından keçən kəşfiyyat nümayəndələrinin məxfi informasiyalara çıxış icazələri ləğv oluna bilər.
Xatırladaq ki, MKİ-nin sabiq direktoru Con Brennan iyul ayında ABŞ Prezidenti Donald Trampın Helsinkidə Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməsini sərt tənqid edib, bunu “xainlik” adlandırıb.
Digər xəbərlər
loading...