Vaşinqton Universitetinin alimləri qrafik informasiyaya reaksiya sürətini öyrənmək üçün unikal eksperiment keçiriblər
Oxu.Az xəbər verir ki, bu barədə “Cell” jurnalı yazıb.
Məlumata görə, kişilər və qadınlarda görmə orqanları vasitəsilə alınmış məlumatların emalı təxminən eyni səviyyədə olsa da, məhz kişilər alınmış məlumatlar əsasında daha düzgün və rasional qərarlar qəbul edirlər.
Ümumilikdə, alimlərin hesablamalarına görə, qadınların beyni informasiyanı xüsusiyyətlərdən asılı olaraq, 25-75% zəif emal edir və zəif cinsin koqnitiv imkanlarını dəyərləndirməyə imkan verən yoxlama suallarını heç də həmişə düzgün cavablandırmır.
Bununla yanaşı, kişilər arasında daha iti ağıla malik olanlar sağlamlar deyil, psixiki inkişafı pozulanlardır. Alimlər hesab edirlər ki, belə insanlarda serebral proseslər neyron aktivliyinin tənzimlənməsinin azalması ilə müşayiət olunur və nəticədə informasiyaya reaksiya müddəti qat-qat azalır.
Digər xəbərlər
loading...