Bu ilin yanvar-iyun aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artıb
Oxu.az xəbər verir ki, ölkəyə gətirilən kondisionerlərin sayı 72 min 805 ədəd təşkil edib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 17 mln. 728 min dollar olub. Müqayisə üçün bildirək ki, dəyər ifadəsi ilə bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,2% çox olub.
Qeyd edək ki, hesabat dövründə ölkədə məişət kondisionerləri istehsal olunmayıb.
Digər xəbərlər
loading...