"Əgər İran öz davranışını dəyişərsə, ABŞ prezidenti Donald Tramp Tehranla dialoqa hazırdır"
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə yeni təyin olunan xüsusi nümayəndəsi Brayan Huk deyib. Onun sözlərinə görə, İran İslam Respublikası öz mövqeyini fundamental şəkildə dəyişəcəyinə dair öhdəlik nümayiş etdirməlidir. Yalnız bu halda İrana qarşı sanksiyaların azaldılması, ikitərəfli diplomatik və iqtisadi münasibətlərin bərpası mümkündür.
Qeyd edək ki, ABŞ Dövlət Departamentində Amerikanın İrana münasibətdə siyasətinin uzlaşdırılıması məqsədilə xüsusi qrup yaradılıb. Qrupa ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk rəhbərlik edir. Bundan əvvəl o, siyasi planlaşdırma üzrə departament direktoru vəzifəsində çalışıb.
Digər xəbərlər
loading...