Bu barədə Trend-ə millət vəkili Rauf Əliyev deyib
Millət vəkili bildirib ki, son illərdə artıq cəmiyyətdə daha çox insan yas mərasimlərinin, ehsan süfrələrinin təmtəraqdan uzaq, islami qaydalara uyğun olaraq sadə və israfçılığa yol vermədən keçirməyi daha məqsədəuyğun hesab edirlər:
"Respublikamızın müxtəlif bölgələrində artıq yas mərasimlərinin sadə və israfçılıqdan uzaq, islami qaydalara uyğun aparılması qəbul edilmişdir. Əvvəllər yas sahibləri 3, 7, 40, il mərasimləri və cümə axşamları üçün xeyli vəsait xərcləməli olurdular. İndi az bir məsrəflə yas mərasimini təşkil etmək mümkündür. Yas mərasimlərinin təmtəraqdan uzaq, israfçılığa yol vermədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən qane edir, mərasimi ailə büdcəsinə uyğun olaraq artıq xərc çəkmədən təşkil etməyə imkan verir".
R.Əliyev qeyd edib ki, yas mərasimlərinin sadə və israfçılıqdan uzaq keçirilməsi əhali arasında aparılan dini maarifləndirmə işləri və dini hökmlərin tələblərinin düzgün izah olunması ilə mümkün olub:
"Yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq göstərmək olmaz, bu məsələ yalnız islami tələbləri insanlara düzgün izah edilməsi yolu ilə həll oluna bilər. Bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici verlişlərin daha çox təşkil olunmasına, məqalələrin yazılmasına, ən vacibi isə yerlərdə din xadimləri, ağsaqqallar və ziyalılar tərəfindən əhali arasında geniş təbliğat işlərinin aparılmasına ehtiyac var".
Digər xəbərlər
loading...