Bu gün səhər saatlarında Türkiyədə aparılan valyuta əməliyyatlarında dollar lirəyə nisbətdə 0,37% yüksəlib
Oxu.Az xəbər verir ki, dolların alış və satışı 5,83 lirə təşkil edib.
Avropa Birliyinin vahid valyutası olan avro da lirəyə nisbətdə yüksəlişə keçib. Avronun alışı 6,64, satışı 6,71 lirə olub.
Bu valyuta üzrə bahalaşma 1% təşkil edib.
Qeyd edək ki, dünən Qatar əmiri Al Saninin Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağı yönündə bəyanatı dolların lirəyə nisbətdə 6 faiz dəyər itirməsinə səbəb olmuşdu.
Digər xəbərlər
loading...