Orta əsr təbabətinə görə diabet xəstəliyinin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır
Çoxlu ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyi daha çox müşahidə olunur. Qədimdə həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparıblar.
Son illər insanların bəlasına çevrilmiş şəkərli diabet xəstəliyi artıq ölkəmizdə də geniş yayılıb. Əgər bu xəstəliyin vaxtında qarşısı alınmazsa ciddi fəsadlar yarana bilər.
Həkim-endokrinoloq Xuraman Rəcəbova xəstəliyin yaranma səbəbləri, qarşısının alınması haqda AzNews.az-a danışıb:
“Şəkərli Diabet-orqanizmdə insulin hormonunun çatışmazlığından yaranan xəstəlikdir. Şəkərli diabetin bir çox növləri var.Əsasən rast gəlinən şəkərli diabet 1 tip-mütləq insulin çatışmazlığı ilə xaraktrizə olunur (yəni orqanizmdə insulin hormonu tamamilə ifraz olunmur. Əsasən azyaşli uşaqlarda, gənclərdə və 40 yaşina qədər olan şəxslərdəmüşahidə olunur. Şəkərli diabet 2 tip-nisbi insulin çatışmazlığı ilə xarakterizə olunur. İnsulin rezistentliyi (yəni orqanizmdə toxumaların, hüceyrələrin insulinə qarşi həssaslığının azalması) bu tip diabet üçün xarakterikdir. Artıq çəki və piylənmə olan adamlarda da şəkərli diabet 2 tip xəstəliyinin yaranma riski yüksəkdir.
Şəkərli diabet 2 tipi əsasən 40 yasdan sonra müşahidə edilir. Xəstəliyin ümumi əlamətləri: ağizda quruluq hissi, susuzluq hissi, dəridə qaşıntılar, tez-tez sidiyə çıxma, qəfil arıqlama və ya çəkinin artmasi və.s. Bu cür şikayətləri olan şəxslər mütləq həkim endokrinoloqa müraciət etməlidirlər. Bizə müraciət zamanı FAQMA Tibb Mərkəzində lazım olan bütün müayinələr aparılır və diaqnoz təsdiqləndikdən sonra lazimi müalicə taktikası seçilir.”
Digər xəbərlər
loading...