Gizli danışıqlar və Ankaranın qəbul etmədiyi altı şərt – Təhlil
Stanislav Tarasov
regnum.ru, 16.08.2018
Ankara və Vaşinqton arasındakı münasibətlər nəinki kəskinləşir, Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakişin hesab etdiyi kimi, həm də mürəkkəbləşir. Üzdə olan məşhur süjetlərdir. ABŞ Türkiyədən 2016-cı ilin baş tutmamış dövlət çevrilişində əli olmaq və casusluqda ittiham olunan pastor Əndryu Bransonun azad edilməsini tələb edir. Ankara öz növbəsində Bransonun ABŞ-da yaşayan ilıahiyyatçı Fətullah Gülənlə dəyişdirilməsini tələb edir. Vaşinqton Türkiyə poladı və alüminiumuna rüsumları kəskin artırıb ki, bu da Türkiyədə “qisas aksiyası” kimi qəbul olunur, amma ABŞ ticarət savaşını təkcə türklərlə aparmır. Düzdür, burada səbəb-nəticə bağlılığından deyil, təsvir edilən olayların inkişafının xroniki üst-üstə düşməsindən danışmaq olar.
Amma, budur, sonra türk lirəsinin kursu düşür və Ankara tərəfindən “ABŞ-ın maliyyə təxribatı” kimi təqdim edilir, lakin türk ekspertləri əvvəllər Türkiyə iqtisadiyyatında artan böhran hadisələrindən danışıblar. Amma Türkiyə hökuməti təsərrüfat və maliyyuə çətinliklərini hazırda istisnasız olaraq xaricdən “sanksiya müdaxiləsi” ilə əlaqələndirirlər ki, bu da ölkə daxilində müəyyən dəstək tapır. Deməli, Amerikanın “The Wall Street Journal” nəşrinin yazdığı kimi, Vaşinqton Türkiyənin bəzi mallarına yeni rüsumlar tətbiq etməyə başlayanda Türkiyə prezidenti ABŞ-a münasibətdə boykot taktikasından yararlanmağa başlayıb: ölkəyə Apple şirkətinin və Amerika elektronikasının sair məhsullarını gətirməkdən imtinaya çağırıb, ABŞ-dan idxal edilən tütün məmulatları, alkoqol, avtomobil, kosmetik məmulatlar, düyü və meyvəyə rüsumları kəskin artırıb. Türkiyə həmçinin Amerikanın dövlət borcunun ən böyük sahibləri siyahısından çıxıb.
Vaşinqton bunu rəsmən anlaşılmaz “qisas” aktı kimi dəyərləndirib və bir daha yada salıb ki, “ABŞ-ın Ankaraya münasibətdə polad və alüminiuma rüsumlar tətbiq etməyi pastor Branson ətrafındakı durumla bağlı deyildi”.
Türkiyənin ABŞ-la indiki qarşıdurmada Rusiya amilindən istifadə etdiyi daha bir kəskin süjet xətti paralel inkişaf edir. Ankara amerikalıların Rusiyanın S-400 zenit raket kompleksinin alqısından imtina etmək tələbindən imtina edərkən ABŞ Konqresinin palataları milli müdafiə haqda qanuna F-35 qırıcılarının Türkiyəyə tədarükünü yasaqlayan paralel düzəlişlər edib. Nəhayət, Türkiyənin “Yeni Mesaj” nəşrində bu günlərdə getmiş, guya Ankara və Vaşinqton arasındakı gizli danışıqlar masasında qoyulan və yaxud qoyulmuş ABŞ-ın Türkiyəyə qarşı tələblər siyahısını diqqətdən kənar tutmaq olmaz. Onlar bu cür görünür:
Birinci. Pastor Bransonu və 2016-cı il iyul dövlət çevrilişi haqda iş üzrə həbs edilmiş daha 20 adamı azad etmək.
İkinci. İrana qarşı geniş sanksiyalara qoşulmaq.
Üçüncü. Rusiyadan S-400-ləri almaqdan imtina etmək.
Dördüncü. Qüdsün İsrailin paytaxtı qəbul edilməsinə münasibətdə siyasəti yenidən nəzərdən keçirmək.
Beşinci. Kipr ətrafında karbohidrogen resursları axtarmaqdan imtina etmək.
Altıncı. Güləni təslim etmək tələbindən imtina etmək.
Beləliklə aydındır ki, Ankara və Vaşinqton arasındakı münasibətlərdə indiki böhran çoxlaylıdır ki, bu da onu Türkiyənin ən yeni bütün tarixi üçün unikal edir. Axı burada ilkin düyünü göstərmək, mümkün çözülüşü bu başdan söyləmək çətindir, amma Türkiyə-Amerika münasibətlərindəki dönüşləri və daimi və təxmin edilən dramatik, qəfil dəyişiklikləri qeydə almaq asandır. Aydındır ki, hər iki ölkə əvvəlki siyasi etibarı itirib, hər şeydən qabaq Yaxın Şərqdə maraqların müxtəlifliyi ilə bağlı qarşılıqlı şübhələri ifadə edib. Vaşinqton və Ankaranın “simanı itirmədən” belə bir durumdan çıxması artıq mümkün deyil. Məhz buna görə şübhə yoxdur ki, ən yaxın gələcəkdə bizi hər iki tərəfdən hələ xeyli sürpriz gözləyir.
Bunlardan birini göstərək. Türkiyə prezidentinin iqtisadi müşaviri Yigit Bulut bu günlərdə Türkiyəni “Türkiyə-Rusiya imperiyası” qurmaq yoluyla amerikalıların nüfuz dairəsindən qopmağa çağırıb. Onun sözlərinə görə, “Biz Qərblə son 200 ilin münasibətlərini yenidən dəyərləndirməliyik” və “rusların Böyük Britaniya, Fransa və Osmanlı ittifaqına qarşı vuruşduqları” Krım savaşından danşarkən qeyd edib ki, “1854-də ruslarla əl-ələ getsəydik, onda Normandiya sahillərindəki adamlar bu gün rus-türk danışıq kitabçalarılya gəzərdilər”.
Yeri gəlmişkən, Türkiyənin “Milli Gazete” nəşri nisbətən bu yaxınlarda Moskva və Ankaranın əhatəli energetik əməkdaşlığını ilk və əsas təməli qismində göstərməklə bu cür geopolitik layihə haqda yazıb. İkinci addım – mili təhlükəsizliyin birgə təminatıdır ki, bu da “Qərb üçün dəhşət olar”.
“Milli Gazete” eyni zamanda xatırladır ki, 1960-cı il çevrilişi nəticəsində postundan götürülən və ölüm cəzasına məhkum edilən Türkiyə baş naziri Adnan Menderes öz zamanında nəsə buna bənzər fikirdəydi. Budur, Ərdoğan da Türkiyədə dövlət çevrilişi imkanından danışmağa başlayıb. Buna görə də indi Ankara üçün əsas məsələ Türkiyə-Amerika və Türkiyə münasibətlərinin yenidən yazıldığı bir vaxtda köhnə tələyə düşməməkdir. (strateq.az)
Digər xəbərlər
loading...