Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin Xalq Respublikası (ÇXR) arasında ticarət danışıqları avqustun axırında bərpa olunacaq
Əməkdaşlığın bərpa olunması barədə Çinin Kommersiya nazirliyi elan edib («Bloomberq»).
Qeyd olunur ki, iki nümayəndə heyətinin görüşü avqustun axırına planlaşdırılıb. Görüş Vaşinqtonda keçiriləcək.
Çin tərəfdən nümayəndə heyətinə kommersiya nazirinin müavini Van Şouven, ABŞ nümayədə heyətinə isə maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Maltpass başçılıq edəcək.
Ehtimal olunur ki, görüşün gedişində tərəflər qarşılıqlı maraq doğuran «iqtisadiyyat və Çinlə ABŞ arasında ticarət» məsələlərini müzakirə edəcəklər.
Ticarət müharibəsi fonunda, qarşılıqlı rüsum tətbiqi ilə əlaqədar olaraq, rəsmi danışıqların sonuncu raundu iyunun əvvəlində keçirilib. Bundan bir qədər sonra ABŞ Prezidenti Donald Tramp yeni 25 faizlik (50 milyard dollarlıq) rüsumun tətbiqi barədə qərar qəbul edib. Pekin də Vaşinqtona analoji tədbirlə cavab verib.
Digər xəbərlər
loading...