Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib
Platformanın mətbuat xidmətindən AzVision.az-aa verilən məlumata görə, iclasın gündəliyinə platofrmanın direktoru Dilarə Əfəndiyevanın görülən işlər və Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Reyestri üzrə Milli Agentliyində platformanın hüquqi şəxs kimi qeydiyyatı haqqında hesabatı, təşkilati və institusional məsələlərin müzakirəsi, həmçinin platformanın və uzunmüddətli fəaliyyət planınını strategiyası daxil edilib.
İclasda İdarə Heyəti, Ekspertlər Şurası və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının tərkibi təsdiqlənib. Umud Mirzəyev səs çoxluğu ilə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin Azərbaycan tərəfindən həmsədri seçilib.
Qeyd edək ki, 2016-ci ildə Ermənistan-Azərbaycan Sülh Platformasının bazasında yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyin təşkili, Ermənistan və Azərbaycan hökumətlərinin Ermənistan və Azərbaycan arasında ədalətli sülhün yaradılması və dəstəklənməsinə yönələn fəaliyyətində dəstək vermək və regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhvə verməyə hazır olan hər kəsə şərait yaratmaqdır.
Digər xəbərlər
loading...