İran parlamentinin qadın qrupu uşaq evliliklərinin qarşısını almaq məqsədi ilə 16 yaşdan aşağı qızların evlənməsini qadağan edən qanun layihəsi hazırlayıb
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran parlamentinin qadın qrupunun üzvü Tayyibə Siyavuşi danışıb.
Məsələni dini qurumlarla da müzakirə etdiklərini bildirən Siyavuşi, Ayətullah Məkarim Şirazinin də qanun layihəsini dəstəkləyən fətva verdiyini və layihənin Qumdakı İslami Təhqiqat Qurumunun yardımı ilə hazırlandığını vurğulayıb.
Qeyd edək ki, hazırda İranda qadınlar üçün evlilik yaşı 13, kişilər üçün isə 15-dir.
MilliYol.Az
Digər xəbərlər
loading...