Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın prezidenti Emmanuel Makronla telefonda danışıb
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ərdoğanla Makron iki ölkə arasındakı münasibətlər və regional proseslərlə bağlı müzakirə aparıblar.
Liderlər iki ölkə arasındakı iqtisadi münasibətlərin genişləndirilməsi məsələsinə də toxunublar. Ərdoğanla Makron iki ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşü haqqında razılaşıblar.
Makron Türkiyə iqtisadiyyatında sabitliyin Fransanın maraqlarına uyğun olduğunu da bildirib.
Digər xəbərlər
loading...