Böyük ehtimalla Əbülfəz Məlikov yaxın günlərdə Avropadakı aktivlərini daha da artıqracaq və İspaniyada vətəndaşlıq alacaq
Əbülfəz Məlikov İspaniyda yerləşib və ordan biznes imperiyasını idarə edir. Bu barədə gömrükdəki bir neçə mənbədən PİA.az-a daxil olan məlumatda bildirilir.
Ölkə iqtisadiyyatının monopoliyadan asılı olmasında müstəsna xidmətləri olan və bir zamanlar Dövlət Gömrük Komitəsini qeyri-rəsmi qaydada idarə edən və qeyri qanuni yolla böyük qazanclar əldə edən Əbülfəz Məlikovun İspaniyada yerləşməsi barədə məlumat almışıq. Daxil olan məlumatda bildirilir ki, uzun müddətdir ki, qanunsuz pullarını xaricə daşıyan, orda bu pulların böyük əksəriyyətini “qanuniləşdirə” bilən Əbülfəz Məlikov artıq İspaniyada yerləşib. Hazırda isə onun Avropanın bir sıra ölkələrində qanuni fəaliyyət göstərən biznesləri mövcuddur. Bu biznes şəbəkəsinin qanuniləşdirilməsində isə xalası oğlu Anar Allahverdiyevin böyük rolu olub. Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə Əbülfəz Məlikovun sağ əli olaraq bilinən və əsasən xaricə və ofşor zonalara pul köçürməklə məşğul olan Anar Allahverdiyev Azərbaycanda yüksək vəzifəli bir məmurun qızı ilə evlənib. Qeyd edək ki, Anar Allahverdiyev əslən Şamaxı rayonundandır və onun biznes mühitində yüksəlişini xalası oğlu Əbülfəz Məlikov təmin edib.
Məhz Anar Allahverdiyevin apardığı qarışıq bank əməliyyatlarından sonra Əbülfəz Məlikovun “çirkli pulları” yuyularaq Avropaya daşınıb. Lakin buna baxmayaraq Əbülfəz Məlikovun əsas varidiatının hələ də Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşir və bu varidatı əslində “yarıyuyulmuş” hesab eləmək olar. Son günlər ölkə mətbuatı da Əbülfəz Məlikovun Türkiyədə milyonlarla dəyəri olan daşınmaz əmlak alması barədə məlumatlar yazır.
Təbii ki, lirənin ucuzlaşdığı və ajiotajın yaşandığı indiki dönəmdə Türkiyədə daha ucuz daşınmaz əmlak almaq çox sərfəlidir və böyük ehtimalla Əbülfəz Məlikov bu fürsəti qaçırmır. Bu gün Dia.az saytının yazdığına görə isə Əbülfəz Məlikov təkcə son üç gün ərzində Türkiyədə bahalı alış-verişlər edib və bu məqsədlə ölkədən 16 milyon dollara yaxın pulu qeyri-qanuni yollarla, özünün gömrükdəki əlaqaləri hesabına Türkiyəyə çıxarıb.
Mənbə bildirir ki, Əbülfəz Məlikov üçün gələcəkdə Türkiyə və Dubaydakı biznesin bir hissəsini də Avropaya köçürmək üçün elə problem görünmür və böyük ehtimalla Əbülfəz Məlikov yaxın günlərdə Avropadakı aktivlərini daha da artıqracaq. Həmçinin Əbülfəz Məlikovun ən böyük məqsədlərindən biri Avropaya qoyduğu yatırımlarla İspaniyda, ya da başqa bir Avropa ölkələrindən birində vətəndaşlıq almaqdır.
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...
Digər xəbərlər
loading...