İmişli rayonunda 28 yaşlı gənc özünə xəsarət yetirib
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Rasim Qalib oğlu Məmmədov ailə münaqişəsi zəminində əlini bıçaqla kəsib. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. R.Məmmədova zəruri tibbi yardım göstərilib və cərrahiyyə əməliyyatı edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...