Türkiyədə Sağlamlıq Elmləri Universitetinin rektoru, prof. Cevdət Erdöl vətəndaşları siqaretdən, xüsusən ABŞ mənşəli siqaretlərdən imtinaya çağırıb
Oxu.Az “Sabah”a istinadən xəbər verir ki, Erdöl bununla bağlı yazılı açıqlama yayıb.
Erdöl bildirib ki, Türkiyədə siqaret bazarının 98 faizi xarici şirkətlərin nəzarətindədir. Bu şirkətlərin 70 faizi isə ABŞ-a məxsusdur.
“Bu şirkətlər aylıq qazancımızın 11 faizini cibimizdən götürür və ABŞ-dakı səhmdarların hesabına ötürülür. Satdıqları tütün məmulatlarının səbəb olduğu xəstəliklərin müalicəsi üçün də dərman və tibbi vasitələri alaraq onlara mənfəət qazandırırıq.
ABŞ-ı idarə edən dünyəvi ağılsızlığa veriləcək ən yaxşı cavab onların məhsullarını boykot etməkdən, yasaqlamaqdan keçir.
Vətəndaşlarımızı həm ABŞ istehsalı olan məhsulları boykot etməyə, həm də bu vəziyyəti fürsət bilərək siqareti tərgitməyə çağırıram”, - rektor bildirib.
Digər xəbərlər
loading...