Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin ölkə ərazisində qaz təchizatı sistemini yenidən qurması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrini yenidən mavi yanacaqla təmin etməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırması istiqamətində gördüyü məqsədyönlü tədbirlərin davamı olaraq, bu gün Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinə təbii qazın verilib
“Report” xəbər verir ki, bu barədə “Azəriqaz”ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu məqsədlə keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, 240 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 654 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abunəçinin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Sabirabad rayonunun Yastıqobu kəndində və Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Digər xəbərlər
loading...