“Övladım olmadığına görə, meylimi salmışdım qaynım oğluna. Hər gün onun yanına gedirdim. Uşağı heç övladlığa götürməmişdim”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "5/5" verilişində qonaq olarkən deyib. Sənətçi bildirib ki, oğlu Yusif 6 ildən sonra dünyaya gəlib:
“6 il övlad həsrəti ilə qaldım. 6 ildən sonra Yusif oldu. Mənim başıbəlalı balamdır bu. Hər gün onu gəzməyə aparıram. Bütün günü parka getməlidir”.
Kərim övladının şou-biznesdən uzaq olmasını istədiyini söyləyib:
“Solaxaydı, topu çox sevir. Futbol oynamağı xoşlayır. İstəyərdim bu sənətə gəlməsin, getsin elə futbolçu olsun”.
Digər xəbərlər
loading...