Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə “10-BK-598” dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub
Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib.
Araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyən olunub.
Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, 500 manat məbləğində cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu-Az-a bildirib ki, ətraf mühiti çirkəndirən hüquqi və fiziki şəxslər barədə cərimələr var:
“Bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də qanun pozuntuları qanunamüvafiq şəkildə cərimələnir, barələrində inzibati tədbirlər görülür. Məqsədimiz bu cür hallara qarşı cəmiyyəti təşviq etməkdir. İnsanların ətraf mühitə münasibəti dəyişməlidir”.
Digər xəbərlər
loading...