Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində adı keçən şəxslərdən bəziləri hazırda dələduzluqda təqsirli bilinərək həbsdədir.
Bu barədə “Report”a vəkil Sadiq Rəsulov məlumat verib.
Vəkilin sözlərinə görə, cinayət işi üzrə zərəçəkmiş qismində göstərilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov barəsində istintaq aparılır: “Hazırda o, istintaq təcridxanasındadır. İş adamı dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinir”.
S.Rəsulov bildirib ki, zərərçəkmiş qismində adı keçən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, vəkil vurğulayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilən “Azərtikinti ATF” MMC-nin rəhbəri Azər Quliyev isə həbsxnada dünyasını dəyişib.
S.Rəsulov A.Çovdarovun cinayət işinin 56 cilddən ibarət olduğunu, müvəkkilinin adının isə 24 epizodda göstərildiyini deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...