Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında keşiş Endryu Bransonla bağlı ABŞ-la apardıqları danışıqlar barədə məlumat verib
Türk diplomat ABŞ-la bu məsələ ətrafında ciddi fikir ayrılıqlarının olduğunu bildirib.
“ABŞ tərəfində ciddi fikir ayrılıqları var. Yəni bu, təkcə bizdən qaynaqlanan problem deyil. Lakin bütün hallarda Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər. Bu barədə səfir Boltona da öz fikrimizi çatdırmışıq. Branson isə ev həbsindədir. Bununla bağlı vəziyyət dəyişməyib”, – deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.
2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir. Türkiyə hökumətinin bu addımına cavab olaraq, ABŞ qarşı tərəfə sanksiyalar tətbiq etməyə başlayıb/Teleqraf.com.
MilliYol.Az
Digər xəbərlər
loading...