Avropa İttifaqı Komissiyası Polşada məhkəmə islahatlarına İttifaqın tələblərinə uyğun formada düzəliş edilməsi üçün rəsmi Varşavaya 1 ay vaxt verib
Bununla da, Polşaya qarşı intizam prosedurunun ikinci mərhələsi işə düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Avrokomissiyanın rəsmi saytında məlumat yerləşdirilib.
“Əgər Polşa hakimiyyəti müvafiq tədbirlər görməsə, Avrokomissiya işin Avropa məhkəməsinə verilməsi barədə qərar qəbul edə bilər.” – deyə, məlumatda Varşavaya xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən ilin dekabrında Avrokomissiya Polşanın Avropa İttifaqı Şurasındakı səsvermə hüququnun əlindən alınmasına gətirib çıxara biləcək prosedur başladıb. Brüssel bəyan edir ki, bir sıra qanunverici dəyişikliklər qəbul etməsinə baxmayaraq, Polşa məhkəmə islahatları sahəsində başlıca tələbləri hələ də yerinə yetirmir. İyulda Polşada Ali Məhkəmə haqqında yeni qanun qüvvəyə minib. Qanuna əsasən, məhkəmə işçiləri və hakimlər 65 yaşında istefa verməlidirlər. Lakin səhhəti barədə ərizə təqdim edən və şəxsən prezidentə müraciət edənlər vəzifələrində qala bilərlər. Avrokomissiyada hesab edirlər ki, Varşavanın islahatlar çərçivəsində qəbul etdiyi qərarlar Polşada qanunun aliliyi prinsipini pozur və məhkəmə hakimiyyəti üzərində siyasi nəzarəti gücləndirir.
Digər xəbərlər
loading...