Mərkəzi Afrika Respublikasında öldürülən rusiyalı jurnalistlərin sürücüsü həbs edilib
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın MAR-dakı səfirliyinin ikinci katibi Viktor Tokmakov bildirib.
O qeyd edib ki, sürücü cinayət işində şahid qismində keçir.
Avqustun 9-da Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova səfirlik əməkdaşlarının həlak olan jurnalistlərin sürücüləri ilə görüşdüyünü bildirmişdi.
Onun sözlərinə görə, sürücü jurnalistlərlə Banqidə görüşdüyünü və media nümayəndələrindən onları 10 gün müddətində şəxsi avtomobilində müşaiyət etmək təklifi aldığını deyib.
Digər xəbərlər
loading...