Xəzər dənizinin Qazaxıstan sektorunun ərazi sularında saxlanılmış dörd Azərbaycan vətəndaşı nərə balıqlarının qanunsuz ovuna görə altı ay azadlıqdan məhrum edilib
Hakim Azərbaycan vətəndaşlarının qəsdən, şəxsi maraqlarını güdərək Qazaxıstanın ərazi sularında ümumi çəkisi 2 min 10 kiloqram olan nərə balığı tutduqlarını bildirib.
Məhkəmə saxlanılanlar barədə altı ay müddətində həbs cəzası ilə yanaşı, beş il müddətində Qazaxıstandan çıxarılmaları barədə qərar qəbul edib.
Bundan başqa, Azərbaycan vətəndaşları dövlətə dəymiş zərəri ödəmək üçün 1 300 dollar cərimə ödəməli olublar. (oxu.az)
Digər xəbərlər
loading...