"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Xəzərin statusu haqqında konvensiya ilə bağlı məsləhətləşmələr keçirəcək"
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdürrəhmanov deyib. Onun sözlərinə görə, məsləhətləşmələr Azərbaycanda baş tutacaq:
“Dövlət başçılarının tapşırıqları və qəbul edilən sənəddəki razılaşmalara əsasən, bu görüş altı aydan gec müddətdə baş tutmamalıdır. Üstəlik, artıq razılaşma var ki, bu ilin payızında qrup toplanıb, işə başlayacaq. İlkin olaraq, görüşün Azərbaycanda keçirilməsi planlaşdırılır”.
***
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin bu ilin payızında Bakıda görüşəcəyini təsdiqləyib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Aktauda keçirilmiş V Xəzər zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcək.
Digər xəbərlər
loading...