"Millətimiz hər cür oyunun şahidi olub. Öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan da uğurla çıxacağıq"
Axar.az xəbər verir ki, bu sözləri TBMM sədri Binəli Yıldırım deyib.
“Milli valyutamız türk lirəsi vasitəsilə iqtisadiyyatımıza hücum olunur. Baş verənlərin səbəbi iqtisadi deyil, siyasidir.
Millətimiz belə vəziyyətlərdə həmrəylik nümayiş etdirmək və fədakarlıq göstərməkdə qərarlıdır. Baş verənlərdən sonra məlum olur ki, Türkiyəyə edilənlər sabah başqasına da edilə bilər. Beynəlxalq ictimaiyyət Qüds məsələsində olduğu kimi, bu böhranda da Türkiyənin səsinə səs verməlidir”.
Digər xəbərlər
loading...