İspaniyanın Malaqa əyalətinin Marbelya bələdiyyəsində xüsusi əməliyyat zamanı "qanuni oğrular" - gürcü əsilli David Kardava və "Çia" ("Qurd") ləqəbli Laşa Barateli saxlanılıb
Xüsusi əməliyyat barədə Gürcüstan DİN-nin Kriminal polis departamentinin direktoru Vladimir Bortsvadze bildirib.
İspan polislər gürcü oğrulardan başqa, daha doqquz nəfəri saxlayıblar, onlardan biri Ermənistan vətəndaşıdır.
İstintaqın məlumatına görə, mütəşəkkil cinayətkar qrupun üzvləri digər dəstənin üzvlərinin qətlini planlaşdırırmışlar.
Saxlanılmış kriminal avtoritetlər İspaniyada sənədləri saxtalaşdırmaqda, kriminal-cinayətkar qruplaşmaya üzvlükdə və qətl törətmək üçün əlbir olmaqda günahlandırılırlar. Onlar ispan qanunvericiliyi qarşısında cavab verəcəklər. (oxu.az)
Digər xəbərlər
loading...