İndi işi görülmüş hesab etmək tezdir
Peşəkar oyunçulara malik “Qarabağ” BATE-yə qarşı ev matçındakı məğlubiyyətdən sonra vəziyyəti düzəltmək üçün əlindən gələni edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə BATE-nin baş məşqçisi Aleksey Baqa Azərbaycanın “Qarabağ”ı ilə cavab matçından qabaq mətbuat konfransında bildirib.
Məşqçinin sözlərinə görə, çətin matç gözlənilir.
“Təbii ki, oyunla bağlı müəyyən fikirlərimiz və qeydlərimiz var. Lakin birinci qarşılaşmanın yekunları üzrə bir top üstünlüyü çox mücərrəddir”, - deyə Borisov klubunun rəsmi saytı məşqçidən sitat gətirir.
Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq BATE (Belarus) – “Qarabağ” (Azərbaycan) matçı bu gün axşam “Borisov-Arena”da keçiriləcək.
Bir həftə əvvəl baş tutmuş ilk görüşün qalibi (1:0) BATE olub.
Digər xəbərlər
loading...