Çin Xarici İşlər Nazirliyi ABŞ-ın 2019-cu il müdafiə büdcəsini kəskin tənqid edib
Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kana bu sənədin Çini ləkələdiyini bildirib:
“Çin dəfələrlə mövqeyini ifadə edib və ABŞ-a öz etirazını çatdırıb. Biz ABŞ-ın 2019-cu il müdafiə büdcəsindən kəskin narazılığımızı ifadə edirik”.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 2019-ci ilin müdafiə büdcəsini təsdiqləyib. Yeni büdcənin həcmi 716 milyard dollar olub.
Yeni büdcədə Çinin ABŞ mətbuatı, mədəniyyət müəssisələri, biznes və siyasi dairələrinə təsirinin müəyyənləşdirilməsi barədə illik hesabat hazırlanması haqqında bənd də yer alıb. Bundan başqa yeni büdcəyə əsasən, ABŞ Hindistan və Tayvanla əlaqələrini artırmalı və bu ölkələrlə birgə hərbi təlimlər keçirməlidir. Hindistan və Tayvanla əlaqələrin artırılması fonunda Çinlə hərbi əlaqələr azaldılmalıdır.
Digər xəbərlər
loading...