ABŞ prezidenti Donald Trampın “F-35” qırıcılarının Türkiyəyə ixracatını dayandıran qanun layihəsini imzalamasına rəsmi Ankaradan cavab gəlib
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ankara iddiaların əksinə olaraq Türkiyənin “F-35” proqramından çıxarılmayacağını bildirib:
“ABŞ Müdafiə Nazirliyini illik büdcəsi kimi qəbul edilən və Tramp tərəfindən təsdiqlənən qanun layihəsi ölkəmiz əleyhinə hər hansı sanksiyanı nəzərdə tutmur. Sözügedən qanun layihəsi müdafiə nazirinin 90 gün ərzində Konqresdə aidiyyəti komitələrə Türkiyə-ABŞ münasibətlərinə dair hesabat təqdim etməsini nəzərdə tutur. Hesabata qədər “F-35”lərin Türkiyəyə göndərilməsinə məhdudiyyət qoyulmayacaq”.
Digər xəbərlər
loading...