BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli məsələlərin həllinə kömək edəcək tarixi sənəd adlandırıb
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə baş katibin yayılan bəyannaməsində deyilir: “Baş katib Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan a rasında imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyanı alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər hövzəsi ölkələri arasında çoxdankı problemin geniş spektrinin tənzimlənməsi üçün əvəzsiz vasitə, regional gərginliyin aradan qaldırılması üçün isə mühüm addımdır”.
BMT rəhbəri 5 dövlətin hər birini “regional əməkdaşlıq və çoxtərəfli danışıqların tarixi uğuru” münasibətilə təbrik edib.
Qeyd edək ki, Aktauda V Xəzər sammiti iclasının yekununa əsasən, Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusuna dair Konvensiya imzalayıblar. Sənəd üzərində iş 1996-cı ildən aparılıb. Layihə sənədi isə 2017-ci ilin 4-5 dekabr tarixlərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva görüşü zamanı razılaşdırılıb.
Digər xəbərlər
loading...