"İran amerikalılarla danışıqlar aparmaq niyyətində deyil"
Belə bəyanatla İslam Respublikasının Ali lideri ayətullah Əli Xamenei çıxış edib.
Onun sözlərinə görə, son zamanlar Vaşinqton Tehranın ünvanına təhdid xarakterli ifadələr və hərəkətlərə yol verib və İran xalqına qarşı hörmətsizlik nümayiş etdirib.
"Müharibə olmayacaq, amma biz yenə də ABŞ-la danışıqlar aparmayacağıq", - Xamenei deyib.
İranın Ali lideri həmçinin amerikalı siyasətçilərin məntiqsizliyini qeyd edib və bildirib ki, onlar əvvəlcə heç bir şərt olmadan danışıqlara hazır olduqlarını bəyan edirlər, dərhal sonra isə dialoqun faəllaşması üçün tələb irəli sürürlər. (oxu.az)
Digər xəbərlər
loading...