Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 27,5 mlrd. manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox sənaye məhsulu istehsal edib
MilliYol.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 73,2%-ii mədənçıxarma sektorunda, 22,1%-ii emal sektorunda, 4,1%-ii elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-ii isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 3 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,4%, tikinti materiallarının istehsalı 31,7%, hazır metal məmulatlarının istehsalı 28,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,3%, içkilərin istehsalı 9%, əczaçılıq məhsullarının istehsalı 1,2%, geyim istehsalı 0,7% artıb, kimya sənayesi məhsullarının istehsalı 1,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 2%, qida məhsullarının istehsalı 2,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,3%, kompüter, elektron və optik məhsulların istehsalı 10,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 12%, maşın və avadanlıqların istehsalı 15,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,4% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7%-i, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1%-i artıb.
Digər xəbərlər
loading...