Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) gündəlik neft ixracını iyul ayında iyun ayı ilə müqayisədə 41 min barel artıraraq, 32 milyon 320 min barelə çatdırıb
Oxu.Az OPEC-in Neft Bazarı Hesabatına istinadən xəbər verir ki, iyulda qlobal neft tədarükü əvvəlki aya nisbətən gündəlik 680 min barel artaraq, 98 milyon 530 min barel olub.
Hesabat dövründə OPEC-ə daxil olmayan ölkələrin hasilatı 640 min barel artaraq, 66 milyon 200 min barelə yüksəlib.
Hasilatın artmasına baxmayaraq, OPEC-in qlobal neft tədarükündəki payı isə 33 faizdən 32,8 faizə düşüb.
Keçən ay OPEC üzvləri arasında xam neft istehsalını ən çox artıran ölkə Küveyt olub. Küveyt gündəlik istehsalı 78 min 500 barel artıraraq, 2 milyon 791 min barelə çatdırıb.
İyul ayında neft istehsalını azaldan ölkələr Liviya, Səudiyyə Ərəbistanı və İran olub. Liviyada gündəlik istehsal 56 min 700 barel azalaraq, 664 minə düşüb.
İranın neft hasilatı gündəlik 56 min 300 barel azalaraq, 3 milyon 737 min barel, Səudiyyə Ərəbistanının hasilatı 52,8 min barel azalaraq, 10 milyon 387 min barel təşkil edib.
Bu arada, OPEC-in proqnozlarına görə, növbəti ildə neftə olan qlobal tələb 2018-ci illə müqayisədə 1 milyon 430 min barel yüksələrək, gündəlik 100 milyon 260 min barelə çatacaq.
Digər xəbərlər
loading...