Azərbaycanın “Ba2 Sabit” kredit reytinqi ölkənin ümumi dövlət borcunu və verdiyi zəmanətləri, eyni zamanda zəif bank sektorunu əks etdirir
Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
“Bununla belə, ölkənin böyük maliyyə akitvləri kredit profilinə əhəmiyyətli dərəcədə dəstək olur”, – deyə hesabatda qeyd edilib.
“Moody`s” həmçinin bəyan edib ki, bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2017-ci ildə 0,1%, 2018-ci ilin ilk 5 ayında isə 1,6% artıb. İqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyi proqnozlaşdırırlar.
“Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq”, – deyə “Moody`s” vurğulayıb.(report)
Digər xəbərlər
loading...