Məşhur reper Eminem rep demək sürətində öz rekordunu yeniləyib
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun fanatlarından biri aşkara çıxarıb.
Belə ki, fanatı sənətçinin Niki Minaj ilə ifa etdiyi “Queen” adlı mahnısında 12 saniyə ərzində 123 heca dediyini hesablayıb. Yəni reper 1 saniyədə 10,3 heca ifa edib.
Qeyd edək ki, reper bundan əvvəl “Rep God” adlı repində 6 dəqiqədə 1,560 söz, saniyədə, təxminən, 9,6 hecadan istifadə edərək Ginnesin Rekordlar Kitabına adını yazdırmışdı. Yeni rekordun nəzərə alınacağı hələlik bilinmir.
Digər xəbərlər
loading...