Rusiyanın Omsk vilayətinin sərhədçiləri əvvəllər bu ölkənin həbsxanasında yatmış, sonra Vətənə qayıtmış, lakin yenidən şimal qonşu istiqamətində səfər etmiş 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar
Oxu.Az xəbər verir ki, Əli Yaşar oğlu Salehzadə adlı azərbaycanlı 2009-cu ildə Saxalində vətəndaşlara hücum edib.
O, bu əməlinə görə səkkiz il həbsdə olub.
Sonradan Rusiya Ədliyyə Nazirliyli ağır cinayət törətmiş həmyerlimizin 2025-ci ilədək bu ölkəyə gəlməsinə qadağa qoyub və bu barədə yazılı bildiriş göndərib. Həbsdən azad olunan Salehzadə vətənə geri qayıdıb.
Azərbaycanda soyadını dəyişən həmyerlimiz yeni pasport alıb və 2018-ci ildə qeyri-qanuni olaraq, Rusiyaya geri dönüb.
Osmk vilayətinə gələn azərbaycanlı hüquq-mühafizə orqanlarının nəzarətinə düşüb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Omsk vilayəti üzrə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Digər xəbərlər
loading...