Bu gün Xalq artisti Elmira Rəhimovanın doğum günüdür
Tanınmış müğənni 77 yaşını qeyd edir.
AzVision.az -a təəssüratlarını bölüşən E. Rəhimova bildirib ki, doğum günüdə özünə yalnız can sağlığı arzulayır.
“Əsas can sağlığıdır. Xalqımızın da canı sağ olsun, var olsun. Mən onlarla fəxr edirəm. Can sağlığı insan üçün böyük nemətdir. Bunun dəyərini, qiymətini anlayıb özümə də arzu edirəm”.
Qeyd edək ki, E. Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib.
1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi çalışıb. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.
Digər xəbərlər
loading...