Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.
Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.
Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...